RU

Rusiya bu ölkəyə qaz tədarükünü dayandırır - Baş nazir məsələyə aydınlıq gətirdi

Rusiyanın "Gazprom" şirkəti sabahdan etibarən Avstriyaya təbii qaz tədarükünü dayandıracağını açıqlayıb.

"APolitika" xəbər verir ki, bu barədə Avstriya Baş naziri Karl Nehammer "X" hesabından etdiyi paylaşımda bunun gözlənilən vəziyyət olduğunu bildirib.

Bu qış heç bir heç bir evdə istilik problemi yaşanmayacağına təminat verən Nehammer əvvəlcədən ehtiyat tədbirləri gördüklərini qeyd edib.

Baş nazir qaz ehtiyatlarının olduğunu və sabahdan etibarən bu mənbələrdən istifadə edilərək qaz veriləcəyini bildirib.

"AzPolitika.info"

Избранный
32
azpolitika.info

1Источники