RU

MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub

MSK

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 26 oktyabrda keçirilmiş parlament seçkilərinin yekun nəticələrini təsdiqləyib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası 53,93% səslə seçkilərin qalibi olub.

Bununla da partiya Gürcüstanın 150 yerlik 11-ci çağırış parlamentində 89 mandata sahib olaraq çoxluq statusunu saxlayıb.

Qeyd edək ki, MSK-nin nəticələrin elan edildiyi iclasında insident baş verib. Müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvü Davit Kirtadze MSK sədri Giorgi Kalandarişvilinin üzərinə qara boya atıb. Bundan sonra iclas müvəqqəti təxirə salınıb. MSK sədri daha sonra gözü sarıqlı vəziyyətdə zala qayıdaraq iclası davam etdirib. O, baş verən insidentə görə ictimaiyyətdən üzr istəyib.

MSKMSK

Избранный
21
7
xalqcebhesi.az

10Источники