RU

Dövlət Xidmətinin bu idarə və şöbəsində pozuntular aşkarlandı

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininNəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmışxidməti yoxlamalar nəticəsində qanun pozuntuları aşkar edilib.

Trend xəbər verir ki, bubarədə qurum məlumat yayıb.

Bildirilib ki, fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkarolunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib. Ocümlədən, xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurubvətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunanhüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinəhüquqi qiymət verilməsi üçün barələrində toplanmış material BaşProkurorluğa göndərilib.

“Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digərqanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya[email protected] elektron ünvanına müraciət etməsi xahişolunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğununtəmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyatakeçiriləcək”, - deyə Dövlət xidmətinin yaydığı məlumatda qeydedilib.

Избранный
68
48
az.trend.az

10Источники