RU

Abxaziya müxalifəti çağırış etdi: Mitinqə gəlin!

Abxaziya müxalifətini və ictimai təşkilatlarını birləşdirən Koordinasiya Şurası Cənubi Qafqaz respublikası vətəndaşlarını Abxaziya prezidenti Aslan Bjaniyanın istefası tələbi ilə parlament binası yaxınlığında mitinq keçirməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.

Məlumatda Koordinasiya Şurası Abxaziya vətəndaşlarını Bakı vaxtı ilə 15:00-a qədər parlament binasına gəlməyə çağırıb:

"Aslan Bjaniya ümidsiz cəhdlər edir, lakin onun hakimiyyəti başa çatıb. Bizim vəzifəmiz Bjaniyanın istefasını təmin etmək və ölkədəki siyasi vəziyyəti sabitləşdirməkdir. Məsuliyyətlə bildiririk ki, respublikanın məişət fəaliyyətini təmin edən bütün qurumlar adi iş rejimində fəaliyyətlərini davam etdirirlər”, - məlumatda deyilir.

Qeyd edək ki, Abxaziyanın "rəhbəri" Aslan Bjaniya müxalifətin təzyiqi nəticəsində Suxumidən qaçaraq, öz kəndinə - Tamışa sığınıb.

Избранный
23
2
axar.az

10Источники