RU

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,5 % artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 19 milyard dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ölkə 13,6 milyard dollar dəyərində mal idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çoxdur. İxracın həcmi isə müvafiq olaraq 7,4 faiz artaraq 5,5 milyard dollar təşkil edib.

Bununla yanaşı, Gürcüstanın xarici ticarətində 8,1 milyard dollar həcmində mənfi saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

Избранный
19
1
fins.az

2Источники