RU

COP29-da qəbul edilən qərarlar əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək - Tacikistan Nümayəndələr Palatasının sədri

Bakı. Trend:

İqlimin mühafizəsi aktual problemlərdən biridir. Birgə mübarizəolmadan onların həlli mümkün deyil. Qlobal istiləşmənin şahidioluruq. Bu çağırışlar müxtəlif ölkələrdə, o cümlədən Tacikistandadayanıqlı inkişafa nail olmaqda ciddi problemlər yaradır.

Trend xəbər verir ki, bunuTacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadənoyabrın 16-da Bakıda COP29 çərçivəsində keçirilən ParlamentGörüşündə çıxışı zamanı deyib. Tədbirdə Parlamentlərarası İttifaqınAzərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova iştirak edir.

O, BMT-nin qərarlarını su və iqlim məsələlərinin həllində önəmlihesab etdiklərini bildirib: "İnanıram ki, bugünkü yüksək səviyyəliParlament Görüşünün iştirakçıları da bu işdən kənarda qalmayacaq.Bununla bağlı birgə səylər göstəriləcək. Təcili praktik tədbirlərgörməliyik, bərpaolunan enerjidən istifadə və yaşıl enerjiyə keçidetməliyik. Bəzi ölkələrdə bunun üçün resurslar çox böyükdür.Bərpaolunan enerji mənbələrindən istifadə yaşıl iqtisadiyyatıninkişafına yaxşı təsir göstərəcək".

Məhmədtair Zokirzadə əlavə edib ki, COP29-da qəbul edilənqərarlar milli, regional və beynəlxalq səviyyədə əməkdaşlıqmexanizminin qurulmasına kömək edəcək.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarasıİttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı iləParlament Görüşü öz işinə başlayıb.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlimdəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığaçevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialıtədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiştöhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlimmaliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlimdəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyəhərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri iləmübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilətexnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qidatəhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlimdəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələraparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsidə nəzərdə tutulur.

Избранный
18
1
az.trend.az

1Источники