RU

"COP29 Bəyannaməsi kiçik ada dövlətlərinə iqlim dəyişikliyinə qarşı alətlər təqdim edir"- CTU Baş katibi:

"Yaşıl rəqəmsal fəaliyyət" üzrə COP29 Bəyannaməsi Karib hövzəsi və digər kiçik ada ölkələrinə icmalarını, iqtisadiyyatlarını və ətraf mühitlərini qorumaq, iqlim dəyişikliyinin artan təsirlərinə qarşı davamlılıq yaratmaq üçün alətlər təqdim edir.

"EDnews" xəbər verir ki, bunu Karib Telekommunikasiya İttifaqının (CTU) Baş katibi Rodney Taylor COP29 çərçivəsində keçirilən "Yaşıl rəqəmsal fəaliyyət" üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.

O bildirib ki, kiçik ada dövlətləri "Yaşıl rəqəmsal fəaliyyət" üzrə COP29 Bəyannaməsini tam dəstəkləyir: "İnkişaf etməkdə olan kiçik ada dövlətləri olaraq iqlim dəyişikliyinin dağıdıcı təsirlərinə birbaşa məruz qalırıq. Kəskin hava hadisələri sosial və iqtisadi inkişaf baxımından ölkələri geri aparır, hər il infrastrukturun bərpasına milyardlarla dollar xərclənir".

CTU Baş katibi qeyd edib ki, qəbul ediləcək bəyannamə rəqəmsal texnologiyanı iqlimə uyğunlaşma strategiyalarına inteqrasiya etdirmək, fəlakətlərə hazırlıq və cavab tədbirləri üçün enerjiyə qənaət edən infrastrukturları, davamlı kommunikasiya sistemlərini təmin etmək üçün yol təqdim edir: "Rəqəmsal savadlılığı artırmaqla inkişaf etməkdə olan kiçik ada dövlətləri yaranan təhlükələrə qarşı davamlı həllər və məlumatlara əsaslanan qərarların qəbulu üçün texnologiyadan istifadə edə bilər. Qlobal bilik mübadiləsi və əməkdaşlıq inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına uyğunlaşdırılmış ən yaxşı təcrübələrin və innovativ strategiyaların mənimsənilməsini daha da gücləndirir".

Избранный
27
ednews.net

1Источники