RU

COP29-da aparılan müzakirələr iqlim problemlərinin həllinə töhfə verəcək

Azərbaycanda COP29-un keçirilməsi çox mühüm hadisədir. Burada aparılan müzakirələr iqlim problemlərinin həllində həm dünyaya, həm də Azərbaycana töhfələr verəcək.

Bu fikri AZƏRTAC-a açıqlamasında İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev deyib.

R.Əliyev bildirib ki, dövlətimizin başçısı tədbirin açılış mərasimində çıxışı zamanı bütün dünyaya səsləndi və mühüm mesajlar verdi.

Təşkilat rəhbəri vurğulayıb ki, tədbirdə 72 min insanın, o cümlədən 80 dövlət və hökumət başçısının iştirak etməsi ciddi məsələdir: “Bəllidir ki, dünyada iqlim problemlərinin çox ciddi fəsadları müşahidə olunur. Qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatına ciddi zərər verir, bu da nəticədə ərzaq qıtlığına yol açır. Eyni zamanda, dağıdıcı təbii fəlakətlər daha çox müşahidə olunur. Əlbəttə, bu problemlər qlobal xarakter daşıyır”.

Избранный
40
7
demokrat.az

8Источники