RU

“Hazırda müzakirə edilən sənəd yekun sülh sazişi deyil” - Tofiq Zülfüqarov

“Hazırda Azərbaycanla Ermənistan arasında müzakirə edilən heç də yekun sülh sazişi deyil. Bu, çərçivə sazişidir. Gələcəkdə imzalanacaq sülhün əsas tezisləri çərçivə razılaşmasında əksini tapıb”.

Bunu Bakupost.az -a politoloq Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hərbi işğalın siyasi, iqtisadi, hüquqi və digər sahələrdə olan qalıqlarını Ermənistanın öz siyasətindən tamamilə çıxarmasını tələb edir:

“Hərbi işğala Azərbaycan Ordusu son soyub. Amma Ermənistanın işğal siyasətinin tərkib hissəsi olan siyasi məsuliyyət məsələsi hələ də öz həllini tapmayıb. Azərbaycana əsaslı sülh lazımdır. Ermənistan tərəfi sülh istəyib-istəmədiyini açıq şəkildə bildirməlidir. Çərçivə razılaşmasında da məhz bu prinsiplər öz əksini tapmalıdır”.

Sevinc,
BakuPost
Избранный
44
bakupost.az

1Источники