RU

COP29:Kosmik agentlik rəhbərlərinin Bakı bəyannaməsi qəbul edilib

COP29 çərçivəsində keçirilən Kosmik Agentliklərin Liderlərinin Sammitində Bakı bəyannaməsi qəbul edilib.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

S.Əsədov bildirib ki, bəyannaməyə əsasən, ölkələr kosmosla bağlı strategiya və proqramlarını vahid çərçivəyə gətirməyə çalışacaqlar:

“O cümlədən, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərlə bağlı təcili birgə səylər göstərərək həmin yerlərə yardımlarını çatdırmağa çalacaqlar. Bəyannamənin digər mövzusu odur ki, kosmik agentliklər ekologiya, iqlim dəyişikliyi ilə bağlı təşkilatlar, vətəndaş cəmiyyətləri ilə işlərini daha da altivləşdirib onların ehtiyaclarını daha dərindən başa düşmək və peyklərlə əldə etdikləri məlumatları son istifadəçiyə daha sərbəst və rahat şəkildə çatdırmağa çalışmalıdır”.

Избранный
32
10
azpost.info

4Источники