RU

“Wolt”un velosipedçisi müğənninin anasını vurdu

Avroviziya təmsilçimiz Dihaj "Wolt"dan şikayət edib.
 
Moderator.az xəbər verir ki, müğənni bu barədə öz sosial şəbəkə hesabında paylaşıb.
 
İfaçı "Wolt" şirkətinin velosipedçisinin onun anasını vurduğunu bildirib:
 
"Dünən "Wolt"un velosiped sürücüsü saat 14:55-də anamı vurub. Velosipedçi səki ilə sürürdü, anam isə işıqforda piyada zolağının üstündə dayanmışdı. Sürücü anamın kürəyinə çırpılıb və o yerə yıxılıb. Anamın başı yerə dəyib. Hətta ayaqqabısı ayağından çıxıb. Velosipedçi onun ayaqqabısını geyindirib, üzr istəyib və gedib. İndi anam axsayır! Bu, iyrəncdir".

/milli.az/

Избранный
22
7
moderator.az

8Источники