RU

70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - "Tək bizdə deyil, əksər ölkələrdə..."

"Təkcə Azərbaycanda deyil, xarici ölkələrin də əksəriyyətində 70 yaşdan yuxarı olan vətəndaşlara kredit verilmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların 70 yaşdan yuxarı vətəndaşlara kredit verməməsinin səbəblərindən danışarkən deyib. 

Əkrəm Həsənov bank və bank təşkilatlarının müəyyən statistikasının olduğunu vurğulayıb:
 


"Bəzi vətəndaşlar götürdüyü kreditləri qayıtmır, banka problem yaradır. Ola bilsin ki, hansısa bank 70 yaşdan yuxarı insanlara kredit verir, amma bildiyim odur ki, Azərbaycanda əksəriyyət bank 70 yaşdan yuxarı olanlara kredit vermir. Ona görə ki, yaşı 70-dən yuxarı olan insanın ölmək ehtimalı daha böyükdür".
 
Əkrəm Həsənov bildirib ki, kredit vətəndaşın aylıq maaşına, yaxud da gəlirinə görə ayrılır:

"Əgər kredit həmin şəxsin pensiyasına görə hesablanırsa, onda 70 yaşdan yuxarı olan vətəndaşa kredit vermirlər. Çünki həmin şəxs ölsə, pensiya kəsiləcək. Bəs alınan krediti kim qaytaracaq? Düzdür, yaranan hər bir insan ölür, amma yaşlı insanlarda bu ehtimal yüksəkdir. Buna görə də yaxşı maaş alan, yaxud da zamin varsa, girov qoyacaqsa, istəlinən bank bu şəxslərə kredit verəcək. Sabah həmin vətəndaş vəfat etsə də, krediti zamindən alacaqlar".

Bahar Rüstəmli
Избранный
27
4
qaynarinfo.az

6Источники