RU

PSJ-nin Kvaratsxeliya planı

style='margin-bottom:10px;'>

PSJ "Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir.

QOL.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Paris klubunun baş məşqçisi Luis Enrike gürcüstanlı futbolçunun böyük pərəstişkarıdır və onu komandanın hücumunun sol cinahını gücləndirməyə qadir oyunçu kimi görür. Eyni zamanda, "Napoli" 23 yaşlı vingeri klubda saxlamaq niyyətindədir, lakin tərəflər təzminat məbləği ilə bağlı razılığa gələ bilmədiyi üçün müqaviləni uzatmaqla bağlı çətinlik yaranıb.

PSJ isə bu vəziyyətdən faydalanmağı və Kvaratsxeliyanı transfer etməyi planlayır. 

Qeyd edək ki, bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 14 matça çıxıb, 5 qol vurub və 2 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

Избранный
27
teleqraf.com

1Источники