RU

Məşhur futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradıldı

Bakı. Trend:

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəSazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29)çərçivəsində “Qarabağ” komandasının təşəbbüsü ilə dünyanın tanınmışfutbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansıyaradılıb.

Trend xəbər verir ki,alyansda Ağdam təmsilçisi ilə yanaşı, iqlim dəyişikliyi iləmübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10klub - “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “AtletikoMadrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”,“Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu”(Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) yeralıb.

İqlim mövzusuna həssas yanaşan və bununla bağlı yaddaqalanlayihələr reallaşdıran həmin klublar alyansın yaradılması barədəsənədə imza atıblar.

Qeyd edək ki, alyans COP29 Sədrliyi və Birləşmiş MillətlərTəşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının(Framework Convention on Climate Change, UN FCCC) dəstəyi,“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgətəşkilatçılığı ilə təsis olunub.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
35
az.trend.az

1Источники