RU

Ermənistan bütün formatlardan uzaqlaşır – Rusiya

Ermənistan tərəfinin bəyanatları İrəvanın KTMT-nin bütün formatlarından uzaqlaşdığını göstərir.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Nazir müavini Ermənistanın KTMT-nin noyabrın 28-də keçiriləcək sammitində iştirak edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: “Sualınızı erməni tərəfinə ünvanlayın”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda İrəvanın KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesabladığını deyib.
Избранный
28
3
sherg.az

4Источники