RU

“Yaşıl iqtisadiyyat”ın inkişafına xidmət edən razılaşmalar imzalanıb

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) Azərbaycanda keçirilən COP29 çərçivəsində ölkənin "yaşıl iqtisadiyyat"ının gücləndirilməsinə töhfə verən layihələrin həyata keçirilməsi məqsədilə xarici tərəfdaşlarla mühüm razılaşmalar imzalayıb.

“İki sahil” AİŞ-ə istinadla xəbər verir ki, razılaşmalar dayanıqlı inkişaf və innovasiyaların təşviqinə yönəlib.

COP29 çərçivəsində AİŞ ilə Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında “Depozit İdarəetmə Sistemi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda plastik və şüşə qabların toplanması və Depozit İdarəetmə Sisteminin təşkilini əhatə edəcək. Layihə təkrar emalı stimullaşdırmaq və dairəvi iqtisadiyyata töhfə vermək məqsədi daşıyır. Depozit İdarəetmə Sisteminin tətbiqi ilə Azərbaycanda təkrar emal potensialının əhəmiyyətli dərəcədə artırılması gözlənilir.

İkinci Anlaşma Memorandumu AİŞ-lə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə imzalanıb. Layihə Azərbaycanda karbon texnologiyalarının inkişafını hədəfləyir. Müasir karbontutma həllərinə investisiya yatırmaqla Azərbaycan karbon emissiyalarını azaltmağa və iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfələri artıracaq.

Üçüncü Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və BP-nin törəmə şirkəti “Volts” ilə imzalanıb. Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur. Bu təşəbbüs ölkənin təmiz enerjiyə keçidini gücləndirmək baxımından önəmli addımdır.

“Azərbaycan İnvestisiya Şirkəti”, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən yaradılmış “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb.

“Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi (FEED) həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək.

Избранный
47
6
ikisahil.az

7Источники