RU

Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı

Dünyanın aparıcı onlayn ticarət brokeri – “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini aldıqdan sonra rəhbərlik heyətində dəyişiklər davam edir.

Valyuta.az xəbər verir ki, bazarda bundan sonra “CFI Financial İnvestisiya Şirkəti” QSC ilə çıxış edəcək şirkətin Müşahidə Şurasının sədri və eləcə də Audit Komitəsinin sədri olan Abid Mamedov Mamed oğlu vəzifəsindən ayrılıb.

Onun yerinə hər hansı təyinat yoxdur.

Abid Məmmədovun vəzifəsindən ayrılması anlaşılandır. Çünki məhz “Azfinance İ.Ş.”nin (indiki “CFI Financial İ.Ş.”) əsas səsvermə hüququ olan səhmdarı o idi. Onun şirkətdəki payı 85 faiz idi. Mamedov 2019-cu ildən bu postda çalışırdı. O bu vəzifələrlə bərabər “AFB Bank” ASC və “AzSığorta” ASC-dəki vəzifələrində qalmaqdadır və hazırda hər iki maliyyə təşkilatının Müşahidə Şurasında yer alır.

Şirkətin maliyyə nəticələri əvvəlki illərlə müqayisədə güclü deyildi və artan templə getmirdi. Məsələn, keçən il “AzFinance”nin xərclərinin gəlirlərindən daha çox artması onun xalis mənfəətini illik 34 faiz azalma ilə 464 min manata endirmişdi. 2022-ci ildə onun xalis mənfəəti 705 min manat idi.

2014-cü ildə yaradılan bu şirkətin hazırda nizamnamə kapitalı 1.55 milyon manatdır. Pərvanə Qasımova isə son rübdə bu şirkətin başına keçib. Ona qədər şirkəti İntiqam Səfərəliyev idarə edirdi.

Abid Mamedov Mamed oğlu barədə:

– Ali təhsilini Böyük Britaniyanın Bristol Universitetində iqtisadiyyat üzrə bitirib.

-2023 mart – hazırda: “AFB Bank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri

-Sentyabr 2019 – hazırda: “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü

– Yanvar 2014- sentyabr 2019: “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru;

-Yanvar 2011 – yanvar 2014: Müstəqil brokerlik və aktivlərin idarə edilməsi;

-Dekabr 2005 – noyabr 2010: “Bloomberg”də Maliyyə Satış Departamenti – Satış və Əlaqələr üzrə Meneceri (London şəhəri)

©Report 

Избранный
30
valyuta.az

1Источники