RU

Fransa hökuməti artan sosial etirazlarla üzləşir

Son günlər Fransa hökuməti iqtisadi problemlər və artan sosial narazılıqlar səbəbilə ciddi təzyiq altındadır. Şirkətlərdə müflislik halları artır, tez-tez böyük ixtisar planları açıqlanır. 

Qaynarinfo "Le Monde"yə istinadla xəbər verir ki, "Air France", milli dəmir yolu şirkəti "SNCF" və dövlət qulluğunda tətil çağırışları edilir. Fermerlər arasında da narazılıq yayılıb. 

Bu vəziyyət baş nazir Mişel Barnye (Michel Barnier) və onun koalisiyasına təzyiqləri artırır.  

Etirazçılar sənaye nazirini zavodddan qovublar

8 noyabrda sənaye naziri Mark Ferracci kəskin etirazlarla üzləşib. O, Şoledəki "Michelin" zavodunun işçiləri ilə görüş zamanı çətin vəziyyətə düşüb. Etirazlar zamanı nazir ərazini tərk etməyə məcbur olub. Onun komandası etirazların qısa müddətli olduğunu və nazirin üç saat zavodda olduğunu bildirib. Lakin bu insident hökumətin sosial gərginliklərlə üzləşdiyini bir daha göstərdi.  

İqtisadi göstəricilər və işsizlik narahatlıqları  

İxtisarlar və müvəqqəti iş müqavilələrinin yenilənməməsi halları artır. Hələlik vəziyyət 2008-ci il böhranı qədər ağır deyil. Buna baxmayaraq, hökumət iqtisadi göstəriciləri diqqətlə izləyir. Erməni əslilli əmək naziri Astrid Panosyan-Buve (Astrid Panosyan-Bouvet) çərşənbə axşamı parlamentdə çıxış edib. O, "iş yerlərinin qorunması" adı ilə həyata keçirilən planların əslində işçi sayının azaldılmasına səbəb olduğunu etiraf edib.  

Nazir bəzi sektorların struktur problemləri yaşadığını deyib. O, həmçinin dövri iqtisadi çətinliklərin də təsir etdiyini qeyd edib. Bir neçə gün əvvəl Mark Ferracci "France Inter" radiosunda çıxış etmişdi. O, müəssisələrin bağlanmasının və iş yerlərinin itirilməsinin qaçılmaz olduğunu bildirmişdi.  

Makronun tükənən nüfuzu və saxta islahatlar

Fransa prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə bu kimi sosial narazılıqlar dəfələrlə baş verib. Xüsusilə "sarı jiletlilər" hərəkatı onun nüfuzuna ciddi zərbə vurmuşdu. İndi isə artan iqtisadi çətinliklər və iş yerlərinin itirilməsi Makron hökumətinin nüfuzuna birbaşa təsir edir. Bu problemlər Makronun iqtisadiyyatın idarəçiliyi ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyini göstərir.  

Etirazların artması Makronun həm daxili, həm də beynəlxalq səviyyədə imicinə zərər verir. Onun islahat kimi təqdim etdiyi siyasətlər sosial təbəqələr arasında bərabərsizliyi artırmaqla nəticələnib. Bu narazılıqlar növbəti seçkilər ərəfəsində onun partiyasına dəstəyi zəiflədə bilər. 

Sosial narazılıqlar Makronun hökumətindəki daxili birliyi də təhdid edə bilər. Xüsusilə, koalisiya tərəfdaşları ilə fikir ayrılıqları dərinləşə bilər. Bu, siyasi qərarların qəbul edilməsində çətinliklər yarada bilər. Əgər hökumət narazılıqları effektiv şəkildə idarə edə bilməsə, növbəti aylarda daha ciddi etiraz dalğalarının şahidi ola bilərik.  

Aydın
Избранный
28
1
qaynarinfo.az

2Источники