RU

Şəhər suyu bu xəstəlikləri YARADIR

Bütün su sistemlərindən flüorun çıxarılması planlaşdırılır.

Bunu ABŞ-ın 2ci defe seçilən prezidenti Donald Trampın məsləhətçisi Robert Frensis Kennedi təklif edib.

Onun, içməli sudan flüorun çıxarılması çağırışı mübahisələrə səbəb olub.

“20 Yanvar tarixində Ağ Ev ABŞ-ın bütün su sistemlərindən flüoridləri çıxarmağı tövsiyə edəcək.

Flüor - artrit, qırıq sümüklər, sümük xərçəngi, İQ itkisi, neyroinkişaf pozuntuları və tiroid xəstəlikləri ilə əlaqəli sənaye tullantılarıdır” deyə Robert Kennedi öz sosial şəbəkəsində yazı paylaşıb.

Bəzi səhiyyə işçiləri və ekspert qrupları onun bu fikrinə qarşı çıxıb və flüoridin hələ də içməli suya əlavə edilməli olduğunu deyib.

Araşdırmaya görə, flüorlu suyun dişlərdə ağ ləkələrin və ya diş florozunun inkişaf riskini artırır. Bundan əlavə, flüorun təsiri hamiləlik zamanı ana bətnində olan uşağa da zərər verə bilər./saglamolun.az


Избранный
33
news24.az

1Источники