RU

MÜSİAD rəsmiləri Azərbaycana gəldi - FOTO

MÜSİAD İdarə Heyətinin üzvü, enerji səmərəliliyi üzrə mütəxəssis Altuğ Karataş və “MÜSİAD İnvest”in sədri Serhat Kısakürek MÜSİAD Azərbaycan mərkəzini ziyarət edib.


Modern.az xəbər verir ki, səhər yeməyi ilə başlayan proqram, iki ölkə arasında əməkdaşlığı gücləndirəcək mühüm mövzuların müzakirə olunduğu görüşlə davam edib.


Görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə yanaşı, MÜSİAD Azərbaycan digər üzvləri də iştirak edib.Görüşlər zamanı Azərbaycanın COP29 Sammitindəki rolu, ölkələrin iqlim dəyişikliyinə qarşı mübarizədə üzərlərinə düşən vəzifələr və bu sahədə yaranan imkanlar geniş şəkildə müzakirə edildi.


Həmçinin qarşılıqlı danışıqlar əsnasında Azərbaycanın dayanıqlı enerji potensialına xüsusi diqqət yetirildi. Ölkənin zəngin külək enerjisi resursları qlobal iqlim hədəflərinə çatmaqda mühüm fürsət olaraq qiymətləndirildi. Bu çərçivədə, Türkiyə və Azərbaycan arasında enerji sektorunda qurula biləcək tərəfdaşlıqların əhəmiyyəti vurğulandı. Türkiyənin bərpa olunan enerji texnologiyalarındakı təcrübəsi ilə Azərbaycanın təbii resurslarının birləşməsi hər iki ölkənin enerji sahəsində yeni uğurlar əldə etməsinə zəmin yaradacağı qeyd edildi.


“MÜSİAD İnvest”in sədri Serhat Kısakürek görüş zamanı qeyd etdi ki, iqlim dəyişikliyi artıq yalnız bir təhdid deyil, eyni zamanda iqtisadi fürsətlər yaradan bir sahədir. Enerji səmərəliliyi layihələri, “yaşıl iqtisadiyyat” yatırımları və karbon ticarəti kimi mövzular bu fürsətlərin əsas istiqamətləri arasında yer alır. Bundan əlavə, COP29 Sammitinin ölkələr üçün bu fürsətləri dəyərləndirmək və üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün əhəmiyyətli bir platform olduğu vurğulandı.


Görüşün sonunda, MÜSİAD Azərbaycan İdarə heyətinin sədri Rəşad Cabirli qonaqlara dərin minnətdarlığını bildirərək, MÜSİAD-ın bu cür təşəbbüslərinin Türkiyə və Azərbaycan arasındakı dostluq əlaqələrinin iqtisadi sahədə daha da dərinləşməsinə şərait yaradacağını qeyd etdi.


Избранный
33
1
modern.az

2Источники