RU

AİB Mərkəzi Asiyada iqlim riskləri ilə mübarizə üçün monitorinq və məlumat mübadiləsi sistemi işə salacaq

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) çox istifadəli xəbərdarlıq təşəbbüsüçərçivəsində monitorinq və məlumat mübadiləsi sistemi işə salmağıplanlaşdırır ki, bu da məlumatların izlənməsi və yayılması üçünəsas element olacaq.

Trend xəbər verir ki, bunuAİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin direktor müaviniSyaoxon Yan "Dayanıqlığın artırılması üçün iqlim məlumatısistemlərinin və çoxprofilli erkən xəbərdarlıq sistemləriningücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdədeyib.

“Bu, region ölkələri arasında institusional bacarıqların vəkoordinasiyanın gücləndirilməsinə kömək edəcək. Mərkəzi Asiyaquraqlıqlar, daşqınlar, zəlzələlər və ekstremal hava hadisələri dədaxil olmaqla, müxtəlif böhranlara qarşı son dərəcə həssasdır. Son20 ildə Mərkəzi Asiyada daşqınlar və quraqlıqlar səbəbindən 1,3trilyon dollardan çox zərər qeydə alınıb və minlərlə insan həyatınıitirib”, - deyə o bildirib.

Direktor müavini qeyd edib ki, AİB təbii fəlakət risklərininazaldılması, onlara hazırlıq və məlumatlara əsaslanan adaptivstrategiyaların hazırlanması sahəsində regional əməkdaşlığaçağırır.

O vurğulayıb ki, regionun hər bir ölkəsinin özünəməxsusproblemləri və imkanları var ki, bu da müxtəlif yanaşmaları tələbedir.

“Regional əməkdaşlığın və inteqrasiyanın olmaması sərhədlərarasıerkən xəbərdarlıq sistemlərinin yaradılmasına ciddi maneə törədir.Bu, regionu və onun əhalisini sərhədlərarası problemlər qarşısındahəssas vəziyyətdə qoyur, çünki fəlakətlərin dövlət sərhədləriyoxdur”, - deyə Syaoxon Yan bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
67
az.trend.az

1Источники