RU

Norveçdəki balina ovu ilə bağlı film Bakıda təqdim edildi - Fotolar

Bakıda hazırda davam edən COP29 iqlim sammiti çərçivəsində Norveçdə balina ovuna və bunun okeanlara təsirinə həsr edilmiş sənədli filmin təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ESPA agentliyinin araşdırması olan sənədli filmin nümayişi Yaşıl zonada FINS Initiative pavilyonunda baş tutub.

“Whalewash” adlı filmdə əsas olaraq Norveçin hazırkı balina ovu sənayesinə diqqət çəkilərək ölkənin 21-ci əsrdə hələ də bu canlıların kütləvi ovunu davam etdirməsi tənqid olunub. 

Araşdırmaçılar digər ölkələrin balina ovunu uzun müddətdir dayandırdığı bir zamanda Norveçin hansı səbəblərdən hələ də bu prosesi davam etdirməsinə cavab tapmağa çalışıb. 

Xüsusilə vurğulanıb ki, Norveçdə hər il 500-dən çox balina ovlanır. Bildirilib ki, ovlanan balinaların böyük əksəriyyəti hamilə olduğundan bu, balina ovunun okeanlara və ümumilikdə bu canlılara vurduğu ziyanı daha da artırır. 

Sənədli filmdə müxtəlif mütəxəssislərin problemlə bağlı qiymətləndirmələrinə yer verilib, balina ovunun tarix boyu iqlim sahəsində ən böyük təhlükələrdən biri olduğu qeyd olunub. 

Eyni zamanda, sənədli filmdə ovlanan balina ətindən ev heyvanları üçün qidaların hazırlanmasında istifadə olunduğu və bu fəaliyyətlə məşğul olan çox sayda şirkətin olduğu vurğulanıb.

Günel İbrahimova

Fotolar: Xəyal Vəlizadə

















Избранный
69
1
qafqazinfo.az

2Источники