RU

İsrail bu hücumla İranın nüvə proqramına zərbə vurdu

Oktyabrın 26-da İsrailin Parçinə hücumu İran İslam Respublikası üçün nüvə partlayış qurğusunun inkişafını son dərəcə çətinləşdirib.

Axar.az xəbər verir ki, bu barədə "Aksius" nəşri iki israilli rəsmiyə istinadən məlumat yayıb.

"İsrailin Taleghan-2 sahəsinə hücumu nüvə qurğusunda uranı əhatə edən plastik partlayıcıların layihələndirilməsi və sınaqdan keçirilməsi üçün lazım olan mürəkkəb avadanlıqları məhv edib", - nəşr yazıb.

Nəşrin məlumatına görə, İran son bir ildə həssas nüvə tədqiqatlarını bərpa edib, ancaq hələ də nüvə silahı istehsalı istiqamətində bir addım atmayıb.

Избранный
62
2
axar.az

3Источники