RU

Rusiyanın ABŞ-yə uran verməməsi fəsadı – böhran yaranacaq

Rusiyanın ABŞ-a zənginləşdirilmiş uranın tədarükünə müvəqqəti qadağa qoyması Amerikanın enerji sektoruna zərbə vuracaq.

Musavat.com xəbər verir ki, bu barədə noyabrın 15-də “Daily Wrap” portalı yazıb.

“Bu tədbir Rusiya uranından çox asılı olan Amerikanın enerji sektoruna ciddi təsir göstərə bilər. Məhdudiyyətlərin tətbiqi ABŞ-ni alternativ tədarük mənbələri axtarmağa məcbur edə bilər ki, bu da enerji qiymətlərinə və tədarükün sabitliyinə təsir göstərə bilər”, - müəlliflər qeyd edirlər.

Qeyd olunur ki, ABŞ-ın idxal etdiyi nüvə yanacağının təxminən 35%-ni Rusiya təmin edir. Rusiya Federasiyası həmçinin dünyanın uranın zənginləşdirilməsi potensialının təxminən 44%-ni təmin edir və bu radioaktiv elementin qlobal tədarük zəncirinə əhəmiyyətli dərəcədə təsir göstərir.

RF-nin Nazirlər Kabinetinin mətbuat xidməti noyabrın 15-də bildirib ki, Rusiya hökuməti zənginləşdirilmiş uranın ABŞ-a ixracına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Qərar Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Vaşinqtonun may ayında Rusiya Federasiyasından uranın idxalına 2027-ci ilə qədər tətbiq etdiyi məhdudiyyətə cavab olaraq qəbul edilib.

Musavat.com

Избранный
43
musavat.com

1Источники