RU

Azərbaycan 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib- ÖZƏL

"Hazırda COP29  yüksək səviyyədə keçirilir və bu, dövlətimizin və xalqımızın növbəti böyük uğuru olacaq. COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. Konfrans Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini tənzimləyəcək. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib:
"Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Tədbirdə iştirak edən dövlətimizin başçısı deyib ki, "Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir..." Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin qlobal miqyasda mövqeyini gücləndirəcək. Belə bir mötəbər tədbirin təşkili Azərbaycanın iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşdığını və beynəlxalq səviyyədə fəal rol oynadığını nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники