Ukrayna ABŞ-dan ölkə Konqresinin təsdiq etdiyi yardımın yalnız bir hissəsini alıb.
Editor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Ukrayna lideri xatırladıb ki, ABŞ Kiyevə 175-177 milyard dollar məbləğində yardımın ayrılmasını təsdiqləyib, lakin bu məbləğin yalnız yarısı Ukraynaya çatıb.
Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri şərq cəbhəsində çətin vəziyyətə düşüb. O qeyd edib ki, döyüş bölgəsində belə vəziyyət müxtəlif səbəblərdən yaranıb.
//Gülnarə Abasova, Editor.az