RU

Türkiyədə “İstanbul Sənət və Antik Əşya Fuarı” KEÇİRİLDİ – FOTO/VİDEO

 

İstanbulda təşkil olunan “İstanbul Sənət və Antik Əşya Fuarı”nda dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərləri, heykəlləri və digər sənət nümunələri nümayiş etdirilir.

Yenicag.az xəbər verir ki, Azərbaycan rəssamlarının, xüsusilə uşaq rəssamlarının əsərləri isə xüsusi maraq doğurub.

Sərgiyə rəhbərlik edən müəllimə Nigar Seyidova Baxşəliyevanın sözlərinə görə, 3-15 yaş arası azərbaycanlı kiçik rəssamların əl işləri Lütfi Kırdar Konqres və Sərgi Mərkəzində geniş auditoriyaya təqdim olunub. Bu əsərlər ziyarətçilər tərəfindən yüksək dəyərləndirilib.

Tədbirdə iştirak edən millət vəkili Tənzilə Rüstəmxanlı da bu cür beynəlxalq tədbirlərin Azərbaycanın gənc istedadlarının dünyada tanınması üçün vacib olduğunu vurğulayıb. O, xüsusilə sərgidə nümayiş etdirilən uşaq rəssamların işlərini yüksək qiymətləndirib.

Bildirilib ki, sərgidə Tənzilə Rüstəmxanlının nəvələri Mələk RüstəmxanlıCan Cəfərovun da əl işləri nümayiş etdirilir.

Məsimə Məmmədova

Samir Məcidov

Избранный
60
yenicag.az

1Источники