RU

"COP29-da qəbul edilən qərarlar əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək"- Tacikistan NP-nın sədri

Image

İqlimin mühafizəsi aktual problemlərdən biridir. Birgə mübarizə olmadan onların həlli mümkün deyil. Qlobal istiləşmənin şahidi oluruq. Bu çağırışlar müxtəlif ölkələrdə, o cümlədən Tacikistanda dayanıqlı inkişafa nail olmaqda ciddi problemlər yaradır.

Bunu Tacikistan Nümayəndələr Palatasının sədri Məhmədtair Zokirzadə noyabrın 16-da Bakıda COP29 çərçivəsində keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

O, BMT-nin qərarlarını su və iqlim məsələlərinin həllində önəmli hesab etdiklərini bildirib: "İnanıram ki, bugünkü yüksəksəviyyəli Parlament Görüşünün iştirakçıları da bu işdən kənarda qalmayacaq. Bununla bağlı birgə səylər göstəriləcək. Təcili praktik tədbirlər görməliyik, bərpaolunan enerjidən istifadə və yaşıl enerjiyə keçid etməliyik. Bəzi ölkələrdə bunun üçün resurslar çox böyükdür. Bərpaolunan enerji mənbələrindən istifadə yaşıl iqtisadiyyatın inkişafına yaxşı təsir göstərəcək".

Məhmədtair Zokirzadə əlavə edib ki, COP29-da qəbul edilən qərarlar milli, regional və beynəlxalq səviyyədə əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək.

ZÜMRÜD





Избранный
8
2
baki-xeber.com

3Источники