RU

“17 noyabr Azərbaycan tarixinin mühüm günlərindən biridir" - ŞƏRH OLUNDU

“17 noyabr Azərbaycan tarixinin mühüm günlərindən biridir. Belə ki, 17 noyabr Milli Dirçəliş günü Azərbaycanın müstəqilliyinin bərpasında atılan ilk addımlardan biri olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

O bildirib ki, 1988-ci ildən başlayaraq artıq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət almışdı: “Təbii ki, 1918-ci ildə istiqlalın, müstəqilliyin dadını yaşayan xalq yenidən müstəqil olmaq istəyir və arzuları reallaşdırmaq üçün bur fürsət yarandığını hiss edirdi. 1988-ci il 17 noyabr tarixində xalq artıq Azadlıq meydanına toplaşmağa başladı. Buna səbəb isə Sovet dövlətinin xalqımıza qarşı apardığı faşist ideologiyasına, anti-Azərbaycan siyasətinə qarşı olan etiraz idi. Bununla da Azərbaycan ictimaiyyəti istiqlal hərəkatını başlatdı.Bu hərəkat respublikanın bütün şəhər və rayonlarını bürümüşdü. Dekabrın 4-ə qədər davam edən mitinqlər Sovet Sosialist Respublikası İttifaqında baş tutan ən irimiqyaslı etiraz dalğası idi.Bu mitinq SSRİ tərəfindən dağıdılsa da, millət öz arzusuna çatmışdı. Çünki millət meydanda toplaşaraq müstəqil və azad Azərbaycanın gələcəyinin təməlini qoymuşdu. Bu təməl hələ 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdən başlamışdır. Artıq o dövrdən gələcək müstəqil Azərbaycan üçün addımlar atılmışdı. 1992-ci ildən etibarən noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd olunmağa başlandı.44 günlük davam edən Vətən müharibəsində də göstərdik ki, Azərbaycan xalqı tarixən yumruq kimi birləşmiş və bu gün öz torpaqlarını işğaldan azad etmişdir. Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi cənab Prezident İlham Əliyev də Dirçəliş Günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza ataraq, mümkünsüz olanı mümkün etdi”.

Müəllif: Səbinə Hüseynli

Избранный
35
1
sesqazeti.az

2Источники