RU

Moskva hava limanında Azərbaycan vətəndaşından gömrük bəyanı edilməmiş qızıl-zinət əşyaları aşkar edilib

Moskvanın Şeremetyevo hava limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının üzərindən gömrük bəyanı edilməmiş 2,6 milyon rubl (44 min manatdan çox) dəyərində qızıl-zinət əşyaları aşkar edilib.

FED.az xəbər verir ki, bu barədə Şeremetyevo aeroportunun gömrük xidməti məlumat yayıb.

Bildirilib ki, gömrük orqanı yükün kommersiya məqsədli olduğunu tanıyıb və qızıl-zinət əşyaları müsadirə edilib.

Strateji əhəmiyyətli malların qaçaqmalçılığı ilə bağlı cinayət işi açılıb.

Azərbaycan vətəndaşının günahı sübuta yetiriləcəyi təqdirdə, 5 ilə qədər azadlıqdan məhrum etmə və ya 1 milyon rubla qədər cərimə gözləyir. (Apa)

Избранный
31
4
fed.az

5Источники