RU

Bu yolla avtomobilimizə dəyən hər hansı bir ziyandan özümüzü sığortalamış olarıq - Ekspert açıqladı

İnsanlar avtomobillərini sığortalamaq üçün kaskoya müraciət edirlər. Kasko, icbari sığorta kimi qəzadan sonra avtonəqliyyat vasitələrinin hissələrinin bərpa edilməsi zamanı meydana gələ biləcək xərclərin ödənilməsinə xidmət edir. 

Bəs bu zaman zərərin nə qədər hissəsi mülk sahibinə verilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirdi ki, könüllü sığorta növü olan kaskoda avtomobil dəyərində sığortalanır.

"Kasko sığorta avtomobilin könüllü sığortasıdır. Yəni avtomobillərin icbari sığortası kimi məcburi deyil. Mahiyyəti ondan ibarətdir ki, avtomobilimizə dəyən hər hansı bir ziyandan özümüzü sığortalamış oluruq. Avtomobil əgər dəyərində sığortalanırsa, müqaviləyə əsasən franşiza tətbiq olunur. Franşiza azadolma məbləği deməkdir. Yəni sığorta şirkətinin ödəmədiyi bir məbləğdir. Məsələn, deyək ki, avtomobil 50 min manat civarında sığortalanıb və avtomobilin bazar dəyəri də 50 min manatdır, bu zaman avtomobilə 5-10 min manat dəyərində zərər dəyibsə, sığorta şirkəti ödəniş etməmişdən öncə franşizanı çıxacaq. Misal üçün, 10 min ziyan dəyibsə, 500 manat franşiza tətbiq olunubsa, deməli, avtomobilə 9 500  manat ödəniş olacaq".

Ekspertin sözlərinə görə, insanlar sığortaya qəzadan sonra üz tuturlar ki, bu da gec olur.

"Əfsuslar olsun ki, hadisə başımıza gələndə, sığorta yadımıza düşür. Bu dəqiqə insanlar avtomobili sığortalamaqdan qaçırlar. Çox təəssüflər olsun ki, bunun fərqinə çox gec varırıq. Şirkətlərdən asılı olaraq qiymətlərdə fərq var. Hər bir şirkət bəlli tariflər irəli sürülür. O tarif əsasında avtomobil sığorta haqqı müəyyən olunur. Məsələn, sığorta şirkəti 50 minlik avtomobilə 3 faiz, digəri 2.7 faiz tətbiq edə bilər. Bu sığorta şirkətinin özünün andritik, zərərlilik hesablamalarından asılıdır", - deyə Nicat Əlibəyli bildirdi.

Türkan İSGƏNDƏRLİ

Избранный
139
49
redaktor.az

10Источники