RU

Kaliforniyadan tarixi addım: 30-dan çox yerin adı…

Qızıldərili amerikalı qadınları hədəf alan irqçi terminlər Kaliforniya torpağından silinir.

İrqçi terminlərlə adlandırılan təxminən 30 məkanın adının 2025-ci ilin yanvarına qədər dəyişdirilməsi planlaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatında ştatın təbii sərvətlərinin qorunması və idarə edilməsinə cavabdeh olan Dövlət Təbii Sərvətlər Agentliyi cümə günü elan etdi ki, qızıldərili amerikalı qadınlar üçün “irqçi” məna daşıyan bir termin 30-a yaxın yerdə silinəcək. 

Qeyd edək ki, Kaliforniya qubernatoru Gavin Nevsom 2022-ci ildə gələcək yer adlarında "squaw" sözünün istifadəsini qadağan edən qanun layihəsini imzalamışdı.

Küçələr, körpülər, ictimai binalar və qəbiristanlıqlar da daxil olmaqla bu termindən istifadə edilən bütün yerlərin adlarının dəyişdirilməsi əmri verilib.

Kaliforniyada yaşayan qızıldərili amerikalı tayfalarla danışılaraq 15 rayonda 30-dan çox yerə yeni adlar seçilib və yanvarın 1-dək bu adların dəyişdiriləcəyi açıqlanıb. 

Yocha Dehe Vintun Nation ilə birlikdə hərəkətə keçən səlahiyyətlilər, Vest Sacremento şəhərində iki küçənin adını dəyişdirib.

Qəbilə sədri deyib ki, “biz hakimiyyətlə əlaqə saxlamağa və Kaliforniyada ictimai yerləri bu cür “irqçi” sözlərdən təmizləməyə cəhd edə bilərik”.

ABŞ-nin daxili işlər naziri Deb Haaland 2021-ci ildə Kaliforniyada onlarla yerdə istifadə edilən irqçi terminlərin adını dəyişdirmək üçün hərəkətə keçib. Haaland həm də ABŞ tarixində ilk yerli amerikalı daxili işlər naziri tituluna malikdir.

Həmin il Şimali Kaliforniyada Squav Valley kimi tanınan məşhur xizək kurortu Palisades Tahoe adlandırıldı.

Xatırladaq ki, bu xizək kurortu 1960-cı ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.

Избранный
23
cebheinfo.az

1Источники