RU

“Brilliant əl”in ulduzu vəfat etdi

Rusiyanın Xalq artisti Svetlana Svetliçnaya 85 yaşında dünyasını dəyişib.

OLAY yazır ki, bu barədə aktrisanın gəlini Olqa məlumat yayıb. 

“Hadisə bu səhər baş verdi. O uzun müddət davam edən ağır xəstəlikdən vəfat etdi”, - deyə Olqa vurğulayıb.

Svetliçnaya son bir neçə aydır xəstəxanadadır - həkimlər ona böyrək və ağciyər xəstəlikləri diaqnozu qoyublarz. O, intensiv terapiya kursu keçib. Bundan əvvəl Svetlana demensiya səbəbindən bir neçə il Gilyarovski psixiatriya xəstəxanasında yatıb. 

Qeyd edək ki, Svetlana Svetliçnaya sovet və rus kinosunun ən məşhur aktrisalarından biridir. O, “Dövrümüzün Qəhrəmanı”, “Aşpaz”, “Görüş yerini dəyişmək olmaz” və “Baharın on yeddi anı” kimi onlarla film və serialda rol alıb.

Lakin Anna Sergeyevnanın “Brilliant əl” filmindəki rolu ona ən böyük şöhrət gətirdi - “Mənim günahım deyil, özü gəldi” ifadəsi ilə dillərdə əzbər olub. 

Избранный
32
olay.az

1Источники