RU

"Orada oynamaqdansa, millini ləğv etsək, daha düzgün olar"

«Əgər komandamız C Liqasını tərk etsə, Fernandu Santuşla müqaviləyə xitam verilməlidir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında yığmanın sabiq yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Hazırda menecer kimi fəaliyyət göstərən «Bakı»nın yetirməsi Fernandu Santuşun millidəki fəaliyyətindən narazı olduğunu gizlətməyib.

O, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Millətlər Liqasının ilk 3 turunda məğlubiyyətlə üzləşən millinin bütün ümidləri puç etdiyini bildirib.

Sultanovun fikrincə, bu komanda I qrupda sonuncu yeri tutmamalıdır:

«Biz bu gün Estoniyanı da uda bilməyəcəyiksə, daha niyə futbol oynayırıq? Hazırda bizə heç bir əcnəbi məşqçi lazım deyil. Elə öz məşqçilərimizə etimad göstərməliyik. Çünki birinci futbolçularımızın səviyyəsinə baxmalıyıq. Bu heyətlə biz Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilmərik. Məqsəd odursa, ora çatmağımız mümkün deyil. Santuş indiyədək bir neçə millidə işləyib və yalnız Portuqaliya ilə Avropa çempionu olub. O komandanın Kriştianu Ronaldo kimi xeyli ulduzu var idi. Bizdə kim var? Birinci baza və infrastruktur qurmalıyıq. Şəraiti yaxşılaşdırmalı, futbolçu yetişdirməli, sonra əcnəbi məşqçi gətirməliyik. ancaqindiki vəziyyətdə də əl-qolumuzu yanımıza salmamalıyıq. D Liqasına yuvarlanmalı deyilik. Ora lap «dib»dir. D Liqasına düşüb orada oynamaqdansa, millini ləğv etsək, daha düzgün olar».

Избранный
27
sportinfo.az

1Источники