Almaniyanın müdafiə naziri Boris Pistorius Türkiyənin NATO üzvü olaraq hər zaman çox etibarlı bir tərəfdaş olduğunu vurğulayıb. "Türkiyə, NATO-nun cənub-şərq qanadında mühüm bir tərəfdaşdır və NATO üzvü kimi hər zaman çox etibarlı tərəfdaş olduğunu sübut edib".
SİA-nın məlumatına görə, bunu Almaniyanın müdafiə naziri qeyd edib.Boris Pistorius həmçinin Türkiyənin BRİKS ölkələri ilə əməkdaşlığının mülayim olduğunu bildirib. Türkiyənin Rusiyadan silah alması məsələsinə toxunan nazir, dialoqun və mümkün olan hər yerdə əməkdaşlığın vacibliyini vurğulayıb. O, "Bir-birimizlə dialoq qurmağımız və hər yerdə əməkdaşlığı təşviq etməyimiz çox vacibdir" deyə əlavə edib.
B.Pistorius Avropanın gələcəkdə öz təhlükəsizliyinə daha çox sərmayə qoymalı olduğunu və bunu tərəfdaşlar arasında koordinasiyalı şəkildə etmələrinin vacibliyini də qeyd edib. O, ümumi yanaşmanın hər kəs üçün daha əlverişli olacağını və sistemlərin bir-birini əvəz edə biləcəyini və birlikdə işlədilə biləcəyini əlavə edib.