RU

“İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirildi

COP29 çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün təqdimatı keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov C4C təşəbbüsü haqqında məlumat verib. Qeyd olunub ki, mədəniyyət müsbət iqlim gündəmini formalaşdırmaq gücünə malikdir. Bu mənada, Azərbaycan COP29-da "İqlim üçün mədəniyyət" (C4C) təşəbbüsünü irəli sürməkdən məmnunluq duyur. Hazırda bu təşəbbüs beynəlxalq miqyasda geniş təbliğ olunur və bir çox ölkə onu dəstəkləməkdə maraqlıdır. C4C ənənələrin, incəsənətin və irsin davamlı təcrübə və dəyərləri necə inkişaf etdirə biləcəyini vurğulayaraq mədəniyyəti müsbət iqlim fəaliyyəti üçün təsirli qüvvəyə çevirməyə çalışır.

Избранный
23
3
publika.az

7Источники