RU

Ekspertdən Bakıda ekoloji çirklənmənin azalması üçün vacib TƏKLİF

Ölkəmizdə avtomobil parkının yenilənməsi ilə bağlı tədbirlər aparılır. Məsələn, yaşı 10-dan çox olan maşınların ölkəyə gətirilməsi məhdudlaşdırılır. Buna səbəb isə ekoloji təmizlik, insanların həyat və sağlamlığı, ətraf vəziyyətin yaxşılaşdırılmasına zəmin yaratmaqdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, ekoloji çirklənmənin səbəbi təkcə avtomobil parkının köhnə olması deyil. 

"Avtomobil parkının yenilənməsi deyəndə biz gərək bunu hansı növ yanacaqla işləməsinə görə çeşidləyək. Çünki bura son illərin trendi elektromobillər, hibrid avtomobillər, elektrobuslar, mikromobillik növləri və elektriklə işləyən digər ictimai nəqliyyatı da aid etmək olar. Yəni ekologiyaya təsir yalnız avtomobildə köklənməməlidir. Bəli, bu gün Bakıda daha çox çirklənməyə səbəb avtomobil parkının köhnə olmasıdır, digər məsələ ümumi səfərlərdə avtomobillə səfər edənlərin faiz nisbətinin çoxluğudur".

Ekspert qeyd etdi ki, səfər təşkilində axınların idarə olunmasında ciddi işlər görülməlidir.

"Burada kompleks tədbirlər planı icra olunmalıdır. Avtomobil parkının yenilənməsi, elektriklə işləyən nəqliyyat vasitələrinin sayının çoxalması müsbət haldır. Amma ümumi olaraq səfər təşkilində axınların idarə olunmasında ciddi işlər görülməlidir. Əgər səfərlərimizi biz alternativ növlərin inkişafına yönləndirsək, onda ekoloji cəhətdən daha çox müsbət nəticəyə nail ola biləcəyik. Bu alternativ növlərin özünün də inkişafına ciddi investisiya olunmalıdır. Amma ümumi olaraq avtomobil parkının yenilənməsi də müsbət haldır və düşünürəm ki, bu məsələlər kompleks həll olunmalıdır", - deyə Rauf Ağamirzəyev bildirdi.

Türkan İSGƏNDƏRLİ

Избранный
55
1
redaktor.az

2Источники