RU

Elnarə izləyicilərinə xəbərdarlıq etdi : "Pul yollamayın"

Müğənni Elnarə Xəlilova izləyicilərinə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, müğəni yeni dələduzlarla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Kiberdələduzlar artıq yeni fəndlərə əl atmağa başlayıblar. Telefon kitabçanızdan çox yaxın tanıdığınız birinin vatsap nömrəsini bir neçə saatlıq ələ keçirməklə yaxınlarından müəyyən kart hesabına pul köçürməsini xahiş edirlər. Siz də tanıdığınız biri ilə danışdığınızı zənn edib, pulu hesaba yollayırsız. Bir neçə saatdan sonra adamla əlaqə saxlayırsınız ki, pul köçdü? Deyir, hansı pul? Bildiyiniz, it də gedir, ip də. Odur ki, ehtiyatlı olun. Özəlliklə, yaxın tanışlarınızdan gələn vatsap mesajlarından sonra zəng vurub adamın öz səsini eşitməyənə qədər pul yollamayın".

Fidan
Milli.Az

Избранный
42
3
milli.az

4Источники