RU

Fransada restoran sahibi bir neçə nəfəri girov götürdü

 

Fransanın İssi-le-Mulino şəhərində restoran sahibi iaşə obyektində çalışan bir neçə nəfəri girov götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı BFMTV telekanalı yanğınsöndürənlərə istinadən yayıb.

Mənbə qeyd edir ki, həmin şəxs restoranın içərisində barrikada qurub. Müəssisənin yerləşdiyi ərazi mühasirəyə alınıb, hadisə yerinə polis və yanğınsöndürənlər göndərilib.
Hücum edənin motivi, girovların dəqiq sayı hələlik məlum deyil.

Xatırladaq ki, İssi-le-Mulino şəhəri Parisin cənub-qərbində yerləşir.

KONKRET.az

Избранный
37
konkret.az

1Источники