RU

Azərbaycanda yol nəqliyyat hadisələrinin sayı 14,4% azalıb

2024-cü ilin ilk 10 ayında  ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda yol nəqliyyat hadisələrinin sayı 14,4% azalaraq 1031  təşkil edib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi xəbər verib. 
 
Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7% azalaraq 1434 nəfər olub.  Onlardan 520-si həlak olub, 914-ü isə yaralanıb. 
 
Hadisələrin 41% gündüz, 40,6% gecə, 18,4% isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib. 

Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş verib.
 
Bütün yol-nəqliyyat hadisələrinin 38,8% bir neçə nəqliyyat vasitəsinin, 38,6% nəqliyyat vasitələrinin və piyadaların, 22,6% isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8%, yaralananların isə 71,6% kişilərdir. 
 
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib. Nəticədə 8 nəfər həlak olub, 12 nəfər yaralanıb. 
 
Hadisələrin 14-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
 
N.Təbrizli

www.anews.az
Избранный
72
13
anews.az

10Источники