RU

Keçmiş NATO məsləhətçisi: Kiyev Rusiyayla sülh danışıqları aparmasa, Şərqi Ukraynanı itirə bilər – ÖZƏL

Kiyev rejimi, Rusiya ilə hazırkı təkliflərə əsasən sülh danışıqları aparmağa razılaşmasa, Ukraynanın şərqinin tamamilə itirilməsi ilə üzləşə bilər. 

Olaylar.az xəbər verir ki, bu xəbərdarlığı keçmiş NATO məsləhətçisi və İsveçrə General Qərargahının ehtiyatda olan polkovniki Jak Bo, "Deep Dive" YouTube kanalı ilə müsahibəsində edib.

Onun sözlərinə görə, əgər Ukrayna Rusiyayla danışmağa razı olmazsa, Odessa da daxil olmaqla, əraziləri itirə bilər və münaqişə nəticədə Moskvanın xeyrinə yekunlaşacaq. Xüsusilə, Qərbin ritorikasının dəyişməsi nəzərə alındıqda, AB və ABŞ artıq Kiyev rejimini əvvəlki qədər dəstəkləmir.

"Qərb rəhbərliyinin davranışı getdikcə qəribələşir, çünki əslində biz elə bir vəziyyətə doğru irəliləyirik ki, Ukraynanın bütün şərq hissəsi rusların nəzarəti altında olacaq, Ukraynanın qalan hissəsi isə neytral olacaq",-deyə o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники