İsrail qüvvələri blokada altında olan Qəzza zolağının şimalında “Şifa” xəstəxanasının direktoru Məhəmməd Əbu Silmiyəni saxlayıb.Gununsesi.info-nun “Anadolu” agentliyinə istinadən məlumatına görə, direktor tibb kompleksinin ərazisində saxlanılıb.Bundan əlavə, Əbu Silmiyənin İsrail qüvvələri tərəfindən saxlanılması İsrail dövlət televiziyasının sosial şəbəkələrində yayılan məlumatla da sübut olunur.İsrail ordusu oktyabrın 15-i səhər saatlarında Qəzza zolağında minlərlə xəstə və köçkün mülki vətəndaşın yerləşdiyi bölgənin ən böyük tibb müəssisəsi olan “Şifa” xəstəxanasına hücum edib.İsrail ordusunun HƏMAS-ın qərargahı olduğunu iddia edərək, xəstəxananı mühasirəyə almasından sonra hərbçilər “dəlil” olaraq paslı silahlar və bir neçə kamera təqdim ediblər. Ancaq tunellər və sursat anbarları heç vaxt aşkar edilməyib. Bütün bunlar İsrail mediası və ictimaiyyətinin hərbçilərə qarşı tənqid dalğasına səbəb olub.Gununsesi.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта