RU

"Kaan" üçüncü dəfə səmaya qovuşacaq

Türkiyənin müdafiə sənayesi şirkəti tərəfindən istehsal edilən "Kaan" döyüş təyyarəsi ilin sonunadək yenidən uçuş sınağı keçirəcək.

 

Modern.az bu barədə TRT kanalına istinadən xəbər verir.

 

5-ci nəsil döyüş təyyarəsi layihəsi uçuş sınağı üçün hazırlıqlar davam edir.

 

"Hazırda tarix vermək bir az çətin ola bilər, ancaq bu il ərzində uçuş sınağı planlaşdırırıq", - təyyarənin istehsalı ilə məşğul olan TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu deyib.

 

Qeyd edək ki, "Kaan" ilk uçuşunu 21 fevral 2024-cü ildə həyata keçirib. Təyyarənin ilkin olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan köhnə F-4 və F-16 təyyarələrini əvəz edəcəyi və daha sonra xarici ölkələrə ixrac ediləcəyi gözlənilir.

Избранный
37
1
modern.az

2Источники