RU

AYNA GENİŞLƏNDİRİLMƏYƏN YOLLARIN STATUSUNA YENİDƏN BAXMALIDIR

...AYNA- nın Bakı şəhərinin genişləndirilməyən yollarının statusunu necə gəldi dəyişdirməsi müntəzəm olaraq tənqid və etirazla qarşılanmaqdadır...

Məsələ ondadır ki, onsuz da əvvəlki halında Bakının yollarında nəqliyyat sıxlığı var idi. Sonradan AYNA tərəfindən genişləndirilməyən paytaxt yollarının zolaqlarının parklanmalara, ardınca BUS və velosiped üçün ayrılması yollarda tıxacları daha dacansıxıcı edib. Halbuki, AYNA rəhbərliyi qarşıda duran əsas vəzifənin də məhz yollardakı tıxacların aradan qaldırılmasının olduğunu bəyan etmişdi.

 Beləliklə, Bakının genişləndirilməyən yolların statusunun dəyişdirilərək fərdi və taxsi nəqliyyat vasitələrinə bir zolaq saxlaması tamamilə əsassızdır, bu məsələyə yenidən baxılması vacibdir. Belə çıxır ki, AYNA sürücülərin, daha doğrusu, fərdi nəqliyyat vasitələrinin payından kəsib özü üçün parklanma zolağı yaradaraq qazancını güdür, bu da bəs etmir və AYNA qalan zolaqların birini də kəsib paytaxtda az rast gəlinən velosipedçilərə ayırmaqla öz əsas vəzifəsini bununla da icra etmiş olur. Nəticədə, Bakı yollarını parklanmalarla bəzəyən agentlik rəsmiləri nəinki paytaxt yollarında tıxacları azaltmağa çalışır, əksinə, yollarda süni sıxlığın müəllifinə çevrilir...

XXX 

...Ağcabədidə Sovet dövrünün sosializm yarışının geniş vüsət aldığı bir vaxtda, kənd sakinlərinin örüş yerini də şumlayıb pambıq əkilir. Deyirlər, belə bir kənddə Abbas kişi var imiş. Abbas kişi səhər erkən inəyini çıxarır otarmağa. Yer yoxş hər tərəf pambıqsahələri. Abbas kişi inəyinin kəndirini açıb buraxır pambıq sahəsinə. İnək də həvəslə pambıq qozalarından yeməyə başlayır. Bu vaxt sahələrə nəzarət edən birinci katibin maşını görünür. Maşın düz Abbas kişinin yanında dayanır. Katib maşından düşərək əsəbi halda:

-A kişi, bu nə deməkdir belə???

Abbas kişi heç nə olmamış kimi dillənir:

-Qadan alım, yoldaş katib, nə olub ki?!

Birinci katib lap əsəbləşir:

-A kişi, görmürsən inək pambığa girib?!

Abbas kişi halını pozmadan: -Yoldaş katib, siz nə danışırsınızş inək pambığa yoxş pambıq inəyə girib...

XXX 

...Bəli, Abbas kişi demək istəyir ki, yoldaş katib, sizin pambığınız inəyin örüş yerini zəbt edib, inəyin ərazisinə girib...

AYNA da sürücülərin sahəsinə girməkdə davam edir... Bunun qarşısı alınmalıdır! Mütləq alınmalıdır. Çünki genişləndirilməyən küçələrdə başqalarının payından qoparıb özünə fəaliyyət meydançası qurmaq ədalətli addım deyil. Heç kim parkovkanın, velosipedçiliyin əleyhinə deyil. Lazımdırsa, lap yollarda uçan taksilərə də yer ayrılsın. Amma başqalarının payından- yolundan kəsməklə yox...

Asif Mərzili

Избранный
61
tezadlar.az

1Источники