RU

ABŞ-dan çip nəhənginə 6,6 milyard dollar maliyyə dəstəyi

ABŞ, Tayvanın çip istehsalçısı "TSMC" üçün 6,6 milyard dollara qədər maliyyə dəstəyi ayırıb. 

ABŞ hökuməti, Tayvanın çip istehsalçısı "TSMC"yə ABŞ ərazisində bir neçə zavodun inşasına dəstək vermək üçün 6,6 milyard dollarlıq birbaşa maliyyələşdirmə təmin edəcək. Bu razılaşma Donald Trampın (Donald Trump) prezidentliyə başlamasından əvvəl yekunlaşdırılıb. 

ABŞ prezidenti Co Bayden bildirib: "Dünyanın aparıcı yarımkeçirici istehsalçısı "TSMC" ilə bu gün imzalanan yekun razılaşma, Arizona ştatında üç qabaqcıl texnologiya zavodunun inşası üçün 65 milyard dollarlıq xüsusi investisiyalara təşviq edəcək."

Donald Tramp, Co Baydenin prezidentliyi dövründə ABŞ-ın yarımkeçirici sənayesini gücləndirmək və ölkənin, o cümlədən Tayvan kimi Asiya təchizatçılarından asılılığını azaltmaq məqsədilə qəbul edilən əhəmiyyətli qanun olan "CHIPS" qanununu tənqid edib. 

ABŞ hökuməti bu qanun çərçivəsində "TSMC"yə ayrılan vəsait də daxil olmaqla, 36 milyard dollardan çox subsidiya açıqlayıb. Lakin bu vəsaitlərin böyük hissəsi hələ də nəzərdən keçirilmə mərhələsindədir və tam paylanmayıb. 

Razılaşma tamamlandıqdan sonra müəyyən nəticələr əldə edən şirkətlərə fondların axını başlayacaq. "TSMC", "Polar Semiconductor" şirkətindən sonra razılaşmanı tamamlayan ikinci şirkət olub.

Ticarət naziri Cina Raymonda (Gina Raimondo) cümə axşamı jurnalistlərə açıqlamasında bildirib: "Hazırda ABŞ ərazisində qabaqcıl çiplər istehsal edilmir və bu, ABŞ-da belə çiplərin istehsalına başlamaq üçün ilk real addımdır."

Raymonda əlavə edib: "Hər kəsə xatırlatmaq istəyirəm ki, bunlar süni intellekt və kvant hesablama üçün istifadə olunan çiplərdir. Onlar həmçinin yüksək texnologiyalı hərbi avadanlıqlarda mövcud olan çiplərdir."

Co Bayden qeyd edib ki, "TSMC"nin üç zavodundan birincisinin 2025-ci ilin əvvəllərində tam istifadəyə verilməsi planlaşdırılır. 

Ticarət Nazirliyinin açıqlamasına görə, Arizona ştatında yerləşən üç zavod tam gücü ilə fəaliyyət göstərdiyi zaman 5G/6G smartfonlar, avtonom nəqliyyat vasitələri, yüksək performanslı hesablama və süni intellekt tətbiqləri üçün istifadə ediləcək on milyonlarla qabaqcıl texnologiyalı loqika çipi istehsal edəcək. Nazirlik əlavə edib ki, "Arizona ştatında yerləşən ilk "TSMC" zavodunun erkən istehsal məhsuldarlığı Tayvandakı oxşar fabriklərlə eyni səviyyədədir."

Sözügedən investisiyanın təxminən 6.000 birbaşa istehsalat iş yeri yaradacağı gözlənilir. 

ABŞ, 6,6 milyard dollarlıq birbaşa maliyyə dəstəyi ilə yanaşı, "TSMC"yə Arizona ştatında layihələr üçün 5 milyard dollara qədər təklif olunan kredit də təqdim edir. 

Bir vaxtlar dünyada çiplərin təxminən 40%-ni istehsal edən ABŞ, hazırda bu göstəricini 10%-ə qədər azaldıb və ən qabaqcıl çiplərin istehsalı isə tamamilə dayandırılıb. 

"TSMC"nin səhmləri cümə günü Nyu-York birjasında 1,3% enişlə bağlanıb.

Rəhim
 

Избранный
49
50
valyuta.az

10Источники