RU

İtaliyada tələbələrin etirazı: Təhsil siyasətinə reaksiya artır

Ölkənin bir çox şəhərində tələbələr Meloni hökumətinin təhsil siyasətinə etiraz etmək üçün meydanlara çıxıblar.

Nümayişçilər əllərindəki Fələstin bayraqları ilə İsrailin hücumu altında olan Fələstinə dəstəklərini ifadə ediblər.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-qərbində yerləşən Turin şəhərində keçirilən nümayiş zamanı tələbələrlə təhlükəsizlik qüvvələri arasında vaxtaşırı dava düşüb.

Turində tələbələr qubernator binasına doğru yürüş etmək istədikləri zaman Castello meydanında təhlükəsizlik qüvvələri ilə qarşılaşıblar. Polis tələbələrə dəyənəklərlə müdaxilə edib. Hadisələrdə 15 mühafizəçinin yaralandığı bildirilib.

Yürüş zamanı bir qrup tələbə bəzi "fast food" brendlərinin dükanlarına girərək, "İntifada" şüarları səsləndirib və İsraili dəstəklədiklərini əsas gətirərək bu müəssisələrə etiraz ediblər.

Turində keçirilən nümayiş zamanı təhsil naziri Cüzeppe Valditaranın heykəli də yandırılıb.

Избранный
47
aznews.az

1Источники