RU

Benedikt Lagman: "Üzvi tullantıların 70 %-nin təkrar emalı üzrə öhdəlik götürülməlidir"

Tullantıların yandırılmasından imtina etməyin və mövcud sıfır tullantı həllərinə daha çox maliyyə resursun yönəldilməsi vacibdir.

“Report” xəbər verir ki, bunu Filippin Sıfır Tullantı Şəhərləri Şəbəkəsinin prezidenti və San-Fernando şəhərinin (Pampanqa əyalətinin inzibati mərkəzi) vitse-meri Benedikt Jasper Lagman COP29 çərçivəsində "Metan üzrə Qlobal Öhdəlik" adlı tədbirdə deyib.

“Biz Milli Mütəxəssislər Qrupu (NDC) üçün nəzərdə tutulan bu yenidən baxış fürsətini qaçıra bilmərik. NDC 3.0 çərçivəsində sıfır tullantılara üstünlük verməliyik”, - Benedikt Jasper Lagman bildirib.

O, həmçinin digər siyasətçiləri davamlı və ekoloji təmiz həllərə sərmayə qoymağa çağırıb: “Yer üzərində uzunmüddətli təsirə nail olmaq üçün yerli siyasətçiləri "Cities Methane Pledge" öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu çərçivədə şəhərlər, kəndlər və icmalarda üzvi tullantıların 70 %-nin təkrar emalı üzrə öhdəlik götürülməlidir”.

Vitse-merin fikrincə, sıfır tullantı yanaşması təkcə tullantıların idarə olunması deyil, həm də davamlı icmaların qurulması üçün əsas vasitədir və bu, iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımdır.

Избранный
32
report.az

1Источники