RU

Avroparlamentdə növbəti korrupsiyanın xəbəri gəldi- Makron rəqibinə cinayət işi açdırdı...

Image

Hüseyn İbrahimov: “Avropa Parrlamenti illərdir korrupsiyalaşmış və çürüməkdə olan bir təsisatdır”

Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib.

Prokurorlar iddia ediblər ki, Le Pen və onun tərəfdaşları Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürüblər. Avroparlamentdən ona ayrılan pulu təyinatı üzrə xərcləməyib. 2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən Le Peni həmçinin 300 min avro (təxminən 547 min 650 manat) cərimə gözləyir. Le Pen haqqında hökm gələn ilin əvvəlində çıxarıla bilər. Bundan başqa, Milli Birlik partiyasının özündən iki milyon avro cərimə ödəməsi tələb olunub. Məhkəmə hökm çıxarsa, Marin Le Pen qərardan şikayət etsə belə, seçkilərdə iştirak edə bilməyəcək. Marin Le Penin sözlərinə görə, ittiham tərəfi partiyanı məhv etməyə və "fransız xalqını istədikləri şəxsə səs vermək imkanından məhrum etməyə" çalışır.

Qeyd edək ki, məhkəmə işi Marin Le Pen və onun 24 partiya üzvünə qarşı aparılır. Onlar 2004-2016-cı illər arasında Avropa parlamentinin vəsaitlərindən sui-istifadə ittihamı ilə mühakimə olunurlar.

Əslində bütün bunlar AP-də korrupsiyanın bir formasıdır. Ancaq bunda məqsəd heç də korrupsiyanın qarşısını almaq deyil. Makron bununla öz əsas siyasi rəqibini sıradan çıxarır. Lakin bununla həm də dolayı yolla etiraf edirlər ki, AP-də korrupsiya həqiqətən var. Korrupsiyanın formalarından biri də deputatların Avropa İttifaqı büdcəsindən ayrılan vəsaitləri təyinatı üzrə xərcləməmələridir. Həmin pulu öz şəxsi məqsədləri üçün xərcləyirlər. Bütün bu baş verənlər korrupsiyanın ifadəsidir.

“Le Peni sıradan çıxarmaq üçün ona qarşı bu kampaniya aparılır”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov bildirdi ki, Avroparlament illərdir korrupsiyalaşmış və çürüməkdə olan bir təsisatdır: “Avropa Parlamentinin deputatları nəinki bu qurumun ayırdığı milyonları təyinatı üzrə xərcləmirlər, həm də digər qeyri-leqal fəaliyyətlə məşğuldular. Məsələn, erməni lobbisindən bəslənən Avroparlament üzvləri zaman-zaman Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər. Elə il olub ki, AP tərəfindən ölkəmiz əleyhinə 3 qərar qəbul olunub. Məgər bunlar təsadüfdür? Əsla yox. Buna görə erməni lobbisini təmsil edən qruplar AP rəhbərliyinə, bir sıra deputatlara milyonlarla avro rüşvət verirlər. Hətta erməni əsilli bəzi milyanerlərin bu məsələdə adı hallanır. Ona görə də AP-də yaşanan biabırçı korrupsiya qalmaqalı əsla kiməsə təəccüblü görünməməlidir. Bu, onlar üçün bir “ənənədir”. Avropa İttifaqının 27 üzvü var. Bu dövlətlərin vəsaitləri hesabına formalaşan büdcə Avroparlament tərəfindən beləcə göyə sovrulur. Haçan kimisə sıradan çıxarmaq lazım gələndə, siyasi sifarişə uyğun olaraq güc strukturları cinayət işi açırlar. Paris prokurorluğu tərəfindən “Milli Birlik” partiyasının lideri Marin Le Penə qarşı başlanan araşdırma da bunun tərkib hissəsidir. Çünki Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi partiya seçkilərdə biabırçı şəkildə məğlub oldu. Le Penin ölkədə nüfuzu getdikcə güclənir. Bütün bunların qarşısını almaqdan ötrü ona qarşı bu kampaniya aparılır”.

Vidadi ORDAHALLI





Избранный
78
baki-xeber.com

1Источники