RU

Ceyhun Bayramov norveçli həmkarı ilə Azərbaycanın COP29 sədrliyindən irəli gələn məsələləri müzakirə edib (FOTO)

Bakı. Trend:

16 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29)iştirak məqsədilə ölkəmizdə səfərdə olan Norveç Krallığınınbeynəlxalq inkişaf naziri Anne Beate Tvinreym ilə görüşüb.

Trend xəbər verirki, görüşdə Azərbaycan və Norveç arasında əməkdaşlığınperspektivləri, ölkəmizin COP29 sədrliyindən irəli gələn məsələlər,eləcə də regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov COP29 sədrliyimiz, aparılan danışıqlarprosesi haqqında məlumat verərək, ölkəmizin iqlim fəaliyyətigündəliyinin irəli aparılması istiqamətində apardığı səylərinəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyininrazılaşdırılmasının gündəlikdə duran məsələlərin müzakirəsibaxımından əhəmiyyətini qeyd edib. Danışıqlar prosesində bugünədəkParis Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyəinstitutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrərazılıqların əldə olunduğu diqqətə çatdırılıb.

Qarşı tərəf həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi vəpostmünaqişə dövründə bölgədə vəziyyət, habelə ölkəmizin sülhsəyləri barədə qarşı tərəfə məlumat verib. Bununla yanaşı,Ermənistanın yaratdığı mina təhdidi diqqətə çatdırılıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafındafikir mübadiləsi aparılıb.

Ceyhun
Ceyhun
Ceyhun
Избранный
26
15
az.trend.az

10Источники