RU

Pivəsevərlər Partiyası yarandı, qeydiyyata almadılar

Rusiya Ədliyyə Nazirliyi rəsmi səhvlərə görə Pivə həvəskarları Partiyasını qeydiyyatdan keçirməkdən imtina edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə partiyanın təsisçisi Konstantin Kalaçev müsahibəsində deyib.

"Təqdim olunan ərizə qanunla müəyyən edilmiş yeni formaya uyğun gəlmir (əslində dəyişikliklər var), vəkillər bütün günahı öz üzərlərinə götürürlər", - partiyanın həmtəsisçisi bildirib.

Kalaçevin sözlərinə görə, növbəti ərizə vermək üçün partiya yeni qurultay keçirməli olacaq.

Qeyd edək ki, oktyabrın 5-də Moskvada Pivəsevərlər Partiyasının təsis qurultayı keçirilib. Partiya sədri Sergey Qrişin partiyanın sosial vəzifəsini gənc nəsli dövlət sektoruna qoşulmaq əvəzinə öz biznesini qurmağa və özəl sektoru inkişaf etdirməyə həvəsləndirmək adlandırıb.

Milli.Az

Избранный
41
2
milli.az

10Источники